Ukrayna millisi təlim-məşq toplanışına başladı

Ukrayna millisi təlim-məşq toplanışına başladı

Futbol üzrə Ukrayna yığmasının əsas heyəti  mayın 1-də Sloveniya Futbol İttifaqının təlim-məşq mərkəzinə gəlib.

Fanat.Az "Tribuna" saytına istinadən xəbər verir ki, müharibə zamanı mavi-sarıların təyyarə ilə səyahəti uzun olduğundan futbolçular və məşqçi heyəti iki günü avtobusda keçirməli olublar.

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andriy Pavelko komandanı ölkənin sərhəddinə kimi yola salıb. Pavelko Ukrayna Futbol Assosiasiyasının birinci vitse-prezidenti Vadim Kostyuçenko ilə birlikdə cəbhə bölgəsində - Kramatorskda işgüzar səfərdə olub. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər