Ufuk Budak "Eskişəhərspor"a qələbə qazandırdı - FOTOLAR

Ufuk Budak "Eskişəhərspor"a qələbə qazandırdı - FOTOLAR
Türkiyənin A2 liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Ufuk Budakın çıxış etdiyi "Eskişəhərspor"un A2 komandası "Bursaspor"u qəbul edib.
Əsas komandada heyətə düşə bilməyən millimizin futbolçusu əvəzedici heyətdə ardıcıl ikinci oyunda meydana start heyətində çıxıb və 89-cu dəqiqədə Cem Kumru tərəfindən əvəzlənib. Oyun "Eskişəhərspor"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk oyunun 86-cı dəqiqəsində komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, ötən tur "Sakaryaspor"a qarşı 90 dəqiqə oynayan oynayan millimizin üzvü 60-cı dəqiqədə komandasının ikinci qolunu vurmuşdu. Həmin matçda "Eskişəhərspor" 2:3 hesabı ilə yenilmişdi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər