U-21-in təəccübləndirdiyi portəgiz millimizdən danışdı

U-21-in təəccübləndirdiyi portəgiz millimizdən danışdı

“İsraillə oyununnəticəsi ürəyimcədi. Yetirmələrimin qələbə əzmi, xarakteri və meydanda yaxşı anlaşmalarından razı qaldım”. Fanat.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Portuqaliya yığmasının baş məşqçisi Ruy Jorje deyib.

 

 Dünən yığmamızın növbəti rəqibi olacaq Portuqaliya İsraili 3 cavabsız qolla darmadağın edib. Oktyabrın 15-də isə Jorjeninyetirmələri Bakıda bizimkilərlə münasibətlərinə aydınlıq gətirəcək.

 

 Yəhudilərdən əvvəl Norveçə divan tutan (5:1) komandanın çalışdırıcısı İsraillə görüş haqda fikirlərini açıqlayarkən skandinaviyalıların millimizə yenilgisinə təəccübləndiyini gizlətməyib: “Biz 2 oyunda 2 qələbə qazanmaqla doğru yolda olduğumuzu göstərdik. Ancaq hələ yolun başlanğıcındayıq. Avropa çempionatına çıxmaq istəyiriksə, onda belə də davam etməliyik. Gəlin, Bakıdakı oyunda da qələbə qazanacağımızı indidən müzakirə etməyək. Ancaq etiraf edim ki, Norveçin evində Azərbaycana yenilməsi bizi təəccübləndirdi. Ümid edirəm ki, bu, bizim komandanınbaşına gəlməyəcək”.

 

 Portuqaliya yığmasının sabiq sol cinah müdafiəçisi millimizin ötən ay İsrailə 2:7 uduzmasından da danışıb: “Birmənalı şəkildə favoritin kim olmasını açıqlamağın heç bir mənası yoxdu. Şübhəsiz, Azərbaycan yığması da nəsə bacarır. Məncə, onlar İsraillə görüşdə hücuma çox aludə olmuşdu. Ona görə də darmadağın oldular. Baxaq görək, bu rəqib evdə necə oynayır. Biz növbəti çərşənbə axşamı həmişəki kimi qələbə uğrunda mübarizə aparacağıq”.

 

 Qeyd edək ki, U-21-in Portuqaliya ilə oyunu 16.00-da start götürəcək. Qarşılaşma “Bayıl Arena”da keçiriləcək.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər