19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk oyunun hakimi müəyyənləşib. Sabah İsveçdə İrlandiyaya qarşı keçiriləcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.
Vinçiç 3 ay əvvəl “Xəzər Lənkəran”ın görüşündə fit çalmışdı. Sloveniyalı referi təmsilçimizin Avropa Liqasının II təsnifat mərhələsində İsrail “Makkabi”si ilə Hayfadakı görüşünü idarə etmiş və təmsilçimizin 0:2 hesablı yenilgisinə şahid olmuşdu.
34 yaşlı FİFA hakimi 2010-cu ildən bu statusu daşıyır. Vinçiç UEFA-nın 2-ci kateqoriyasına daxildi.
Fanat.az