U-19 elit raund sorağında

U-19 elit raund sorağında

 U-19 sabah Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verəcək. Fanat.az xəbər verir ki, Arif Əsədovun yetirmələri İsveçdə düzənlənəcək III seçmə qrupda gücünü sınayacaq.

 

 Meydan sahibləri ilə yanaşı, İrlandiya, Bosniya və Hersoqovina ilə üz-üzə gələcək yığma elit raunda çıxmaq üçün ən azı qrupda ilk 2 yerdən birini tutmalıdı. Çünki 13 qrupun hərəsindən 2 kollektiv arzusuna çatacaq. 3-cü yer sahiblərindən yalnız biri – qrupu ilk 2 pillədə başa vuran komandalarla qarşılaşmalarda ən yaxşı nəticəyə malik olanı elit mərhələyə yüksələcək.

 

 Oyunlarından ikisini Landskrona, birini Angelholmda keçirəcək U-19 ilk sınağında İrlandiya ilə görüşəcək. İkinci görüşündə Balkan təmsilçisi ilə üz-üzə gələcək yığmamız Skandinaviyadakı son qarşılaşmasında meydan sahibləri ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Xatırladaq ki, artıq 1 qrupda mübarizə başa çatıb və Türkiyə ilə Monteneqro elit raunda çıxıb.

 

10 oktyabr

17:00. İrlandiya – Azərbaycan

 Angelholm. “Angelholms” stadionu

 

21:00. Bosniya və Hersoqovina – İsveç

 Trelleborq. “Vanqavallen” stadionu

 

12 oktyabr

17:00. Azərbaycan – Bosniya və Hersoqovina

 Landskrona. “İdrottsplats” stadionu

 

19:00. İrlandiya – İsveç

 Angelholm. “Angelholms” stadionu

 

15 oktyabr

17:00. İsveç – Azərbaycan

 Landskrona. “İdrottsplats” stadionu

 

17:00. Bosniya və Hersoqovina – İrlandiya

 Trelleborq. “Vanqavallen” stadionu

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər