Almaniyanın II Bundesliqasında XIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Fortuna"nın əsas komandası "1860 Münhen"in qonağı olub.
Oyun Düsseldorf təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tuğrul Erat start heyətində yer almayıb. Mahmud Qurbanovun Norveçlə oyuna çağırmadığı futbolçu 53-cü dəqiqədə Çarlison Benşopun yerinə meydana çıxıb.
Qeyd edək ki, 13 oyunda 24 xal toplayan "Fortuna" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və liderdən 3 xal geri qalır.
Fanat.az