"Cavid İmamverdiyev bu oyunda qol vura bilərdi, amma topu Onura ötürdü. Eyni sözləri ikinci qol epizodu haqda da demək olar". Fanat.az xəbər verir ki, bu sözləri "Elazığspor"un baş məşqçisi Ümit Özat deyib.
Qeyd edək ki, "Elazığspor" dünən "Altınordu"nu 2:1 hesabı ilə yenib. Cavid bu oyunda 83 dəqiqə oynayıb.
Fanat.az