Kaxaber Tsxadadze "Xəzər Lənkəran"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi bu qələbəyə ehtiyaclarının olduğunu deyib:
"Mövsümə uğurlu başlamamışdıq, təsəvvürümüzə də gətirməzdik ki, belə nəticələrlə qarşılaşacağıq. Komandanı şokdan ayıltmaq üçün qələbə və bərabərliklər lazımdı. Turnir cədvəlində son sıralarda qalmışıq. Ötən tur "Bakı" ilə heç-heçə oynadıq, bu gün isə "Xəzər Lənkəran"ı məğlub etdik. Özümüzə gəlmək və mövqeyimizi yaxşılaşdırmaq üçün bu qələbə lazım idi. Maraqlı oyun oldu, "Xəzər Lənkəran"dan səfərdə 3 xal aldığımız üçün şadam".
Qeyd edək ki, "İnter" "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yenib.