Toşak Qliqorovu izləmək üçün Uelsə gedir

Toşak Qliqorovu izləmək üçün Uelsə gedir
Oktyabrın 11-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. Həmin gün "Xəzər Lənkəran"ın üzvü Nikola Qliqorovun çıxış etdiyi Makedoniya yığması Con Toşakın vətənində Uels millisi ilə qarşılaşacaq.
Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi də həmin vaxt matçın keçiriləcəyi Kardiff stadionunda olacaq. Uelsli mütəxəssis həm klubdakı yetirməsi Qliqorovun, həm də vətəninin yığmasını canlı izləyəcək.
Qeyd edək ki, Toşak "Xəzər Lənkəran"dan əvvəl - 2011-2012-ci illərdə Makedoniya yığmasını çalışdırıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər