Bir neçə gün bundan əvvəl Fatih Terimin "Qalatasaray"dan uzaqlaşdırılmasından sonra klub rəhbərliyi yeni baş məşqçisinə qovuşmaq üzrədi. Fanat.az xəbər verir ki, türkiyəli mütəxəssisin postu Roberto Mançiniyə veriləcək.
Bu isə hər iki baş məşqçinin həyatında xüsusi bir rol oynayır. Belə ki, 2000/01 mövsümündə "Fiorentina"nın çalışdıran Terim klub prezidenti ilə yaşadığı problemlər səbəbi ilə komandadan ayrılmışdı. Bundansonra isə Fatih Terimi italiyalı Mançini əvəz etmişdi. Həmin tarixdən 12 il keçməsinə baxmayaraq yenə də Mançini Terimi əvəzləyəcək.