Tarkandan Fatih Terim açıqlaması

Tarkandan Fatih Terim açıqlaması
Uzun müddətdi açıqlama verməyən Tarkan "HT Magazin"ə danışıb. Fanat.az xəbər verir ki, meqastar son dövrlər Türkiyə futbolunda baş verən olaylara da münasibət bildirib.
"Beşiktaş" - "Qalatasaray" derbisindəki olaylarla bağlı danışan Tarkan "Azarkeşlərin yaratdığı olay ortaya çox pis bir mənzərə çıxardı. Bu olaylar Avropada imicimizi çox pis zədələyir. Bunlar ölkəmizə zərər verir" deyib.
Sənətçi oyun alqı-satqısı ilə bağlı da danışıb: "Biz heç vaxt futboldan danışmırıq. Yalnız oyun alveri, azarkeşlərin səbəb olduğu olaylar gündəmdə olur".
Tarkanın fikrincə, olimpiya oyunlarına ev sahibliyi hüququnun Türkiyəyə verilməməsi normaldı: "Demək olarak ki, bütün idman növlərində yarışan idmançılarımızda dopinq çıxıb. Bu şəkildə olimpiadaya ev sahibliyi hüququnu almağımız mümkün deyil. Yağlı güləşlə məşğul olan idmançılarımızda belə dopinq çıxır".
Meqastar Fatih Terimin "Qalatasaray"dan getməsinə nə münasibət bildirib: "Fatih Terimin həm millini, həm də "Qalatasaray"ı çalışdırması çətin idi. Məncə belə daha yaxşı olacaq".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər