Yığmanın serb forvardı Branimir Subaşiçin klubu “Orduspor” bugündən hazırlıqlara start verib. Fanat.az xəbər verir ki, axşam saatlarında klubun bazasında bir araya gələn futbolçular məşqə çıxıb.
10 günlük fasilə dönəmində “Orduspor” digər Qara dəniz təmsilçisi “Çaykur Rizəspor”la üz-üzə gələcək. Superliqa klubu ilə yoxlama oyunu bazar günü Rizədə oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə 18.00-a nəzərdə tutulub.
Fanat.az