Türkiyənin PTT 1-ci liqasında X turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın forma geyindiyi "Qaziantep BB" Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"u qəbul edib.
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ufukun 90, Vaqifin 74 dəqiqə oynadığı oyunda Rəhman "18-liy"ə düşməyib.
"Manisaspor"da isə Subaşiç start heyətində yer alıb. Millimizin sabiq üzvü 13-cü dəqiqədə sarı vərəqə alıb, 80-ci dəqiqədə Nikolay Dimitrova ikinci qolun ötürməsini verib. Subaşiç 90-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" 10 turdan sonra 10 xalla turnir cədvəlinin 13-cü, "Qaziantep BB" 8 xalla 17-ci pilləsində qərarlaşıb.
Fanat.az