Subaşiç penalti vurub?

Subaşiç penalti vurub?
"Orduspor"un Türkiyə Kubokunun II turunda "Gölcükspor" mübarizədən kənarlaşdırması barədə xəbər vermişdik. Məlumat üçün xatırladaq ki, oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında isə "Orduspor" 5:4 hesablı qələbə qazanıb.
Start heyətində yer almayan Branimir Subaşiç 75-ci dəqiqədə meydana çıxmışdı. Fanat.az xəbər verir ki, futbolçumuz Ordu təmsilçisinin penalti seriyasında qələbə qazanmasının əsas səbəbkarlarından biri olub. Belə ki, "Orduspor"da ilk penaltini Subaşiç vurub və onun zərbəsi dəqiq olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər