Türkiyənin PTT 1-ci liqasında VIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin forma geyindiyi "Orduspor" Andrey Popoviçlə Usim Ndukanın çıxış etdiyi "Tavşanlı Linyitspor"u məğlub edib - 1:0.
Matçın yeganə qoluna Subaşiç imza atıb. Həm Nduka, həm də Subaşiç 90 dəqiqə oynayıb. Popoviç isə "18-liy"ə düşməyib.