Şok qərar: Gecə saat 4-də məşq

Şok qərar: Gecə saat 4-də məşq
"Bursaspor"un baş məşqçisi Kristof Daum gözlənilməz qərar verib. Fanat.az xəbər verir ki, alman çalışdırıcı komandanı gecə saat 04.00-da məşqə çıxarıb.
Mövsümə uğursuz başlayan "Bursaspor" dünən "Karabükspor"u məğlub edib. Daum isə indiyədək istənilən səviyyədə çıxış etməyən futbolçuları gecə yarısı bərpa məşqinə çıxarmaqla cəzalandırıb. Məşqə onun köməkçisi İrfan Buz nəzarət edib.
Məşqlə bağlı "Twitter" səhifəsində yazan fransız qapıçı Sebastian Frey Pablo Martin Batalla, Mixael Basser, Kolin Kazım və Fernando Belluşçi ilə birlikdə paltardəyişmə otağında çəkilmiş şəkili də paylaşıb və bu sözləri qeyd edib: "Həyatımda ilk dəfə gecə saat 4-də məşqə çıxacağam. 15 dəqiqə sonra məşq başlayır.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər