Hollandiya milli komandasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Luis van Qaal Macarıstan və Türkiyə ilə oyunlar üçün 24 futbolçuya dəvət göndərib.
Siyahadı "Qalatasaray"ın üzvü Uesli Sneyderin də adı var. Holland futbolçu oktyabrın 15-də "Qalatasaray"dakı sabiq baş məşqçisi Fatih Terimə qarşı oynayacaq. Həmçinin "Fənərbaxça"lı Dirk Kuyt da milliyə dəvət alıb.
Qapıçılar: Tim Krul (Nyukasl, İngiltərə), Mişel Vorm (Suansea, İngiltərə), Casper Killessen (Ayaks).
Müdafiəçilər: Bruno Martins, Daril Canmaat, Stefan de Vrij (hamısı "Feyenoord"), Jetro Uilyems, Ceffrey Bruma (hər ikisi PSV), Daley Blind (Ayaks), Qreqori van der Viel (PSJ, Fransa), Ron Vlaar (Aston Villa, İngiltərə).
Yarımmüdafiəçilər: Stin Şkaars (PSV), Yordi Klasi (Feyenoord), Conatan de Quzman (Suansea, İngiltərə) Nigel de Yonq (Milan, İtaliya), Uesli Sneyder (Qalatasaray, Türkiyə), Kevin Strootman (Roma, İtaliya), Rafael van der Vaart (Hamburq, Almaniya).
Hücumçular: Mempis Depay (PSV), Dirk Kuyt (Fənərbaxça), Jeremain Lens (Dinamo, Ukrayna), Robin van Persi (Mançester Yunayted, İngiltərə), Aryen Robben (Bavariya, Almaniya), Rikki van Volfsvinkel (Norviç, İngiltərə)