“Skandal”Cavadov!

“Skandal”Cavadov!

Əli Sahib

[email protected]

Bir gün kəndə xəbər yayılır ki, yaxınlıqdakı meşəyə heç kəs getməsin. Səbəb kimi vəhşi bir ayının meşəyə girənləri zorlaması göstərilir. 

Kəndin də  “Kurtlar Vadisi” serialının “mərhum” obrazlarından biri - Zaza demışkən Sikəndər adlı məşhur ovçusu olur. Uzun sözün qısası kəndə hay salır ki, gedirəm ayını ovlamağa. Tüfəngini atır çiyninə düz meşəyə...

Qaranlıq düşür, ayı tapılmır. Tüfəngi bir qırağa qoyub ocaq qalayır ki, gecələsin. Bu dəm ayı Sikəndərin başı üzərində peyda olur. Tüfəngini götürməyə macal tapmayan ovçunun dil-dodağı topuq vurur. 

Nəhayət ayı  “ey insan, görürəm gecəyə düşüb azmısan. Səni mağarama aparıb səhərə qədər qonaq saxlayaram. Səhər açılar, rahat kəndə yolu taparsan” deyib ovçunu vurur qotuğuna. Yol boyu ovçunun ürəyinə nə gəlmir ki? “Yəqin məni mağarada zorlayacaq ki, səsimi heç kəs eşitməsin...” 

Nəhayət mağaraya çatırlar. Ayı ovçunun yedizdirir, içizdirir. Sonra öz yatağını “sən qonaqsan” deyib Sikəndərə verir. Sikəndərinsə gözünə yuxu getmir ki, getmir. Fikirləşir ki, ayı onu yatızdırıb başına pislik gətirəcək. 

Gecə yarısı Sikəndər görür ki, ayı üzü üstə xoruldayır. Mağaraya göz gəzdirir. Sobanın yanında böyük paya görür. Sakitcə payanı götürüb ayıya yaxınlaşır. Ciyərləri dolana qədər nəfəs alıb ayının başına bir zərbə...

Ayı başını qaldırıb Sikəndərə baxaraq sakit səslə deyir “indi səni zorlamayım neyləyim?”

Ovçu Sikəndərin İsgəndər Cavadova heç bir aidiyyatı yoxdu. Amma vaxtı ilə televiziya ekranlarından gördüyünüz  İsgəndər Cavadovala bu gün üz-üzə gəlsəz, ağ-qara televizorlara nifrət edərsiz. 

Çünki, o vaxt bu insan, iki rəngin yaratdığı “qəhrəman” idi. 

Rənglər çoxalanda simasını qorumaq üçün buqələmunluq edənlər də var.

İsgəndər Cavadov haqqında nə danışmaq bitər, nə də yazmaq. 

Çox uzağa getmirəm...

İcraiyyə Komitəsinin Foqtsun  ikinci dəfə müqaviləsinə  baxdığı iclas öncəsi və sonrası Cavadovun açıqlaması yadınızdadı?

“Xəzər Tv”-nin əməkdaşına həmin toplantıdan öncə Berti Foqtsun yarıtmaz siyasətindən danışıb ona səs verməyəcəyini bildirir. İclas bitəndən sonra sözügedən televiziyaya Foqtsun yekdil səslə muqaviləsinin müddətinin artırıldığını deyir. Bu sözün bitdiyi yerdi, bu insan haqqında...

Nə deyəsən, “Neftçi” kimi kluba məşqçi gəlib sonra telefonu söndürüb qaçmağını gözünün önünə gətirəsən, adını, soyadını yazanda 3-4 hərf səhvi etməyini deyəsən? Nə deyəsən?

Ən gülməlisi odur ki, adını yaza bilməyən insan jurnalistə əzələ göstərmək cəhdində bulunur. Nə Azərbaycan türkcəsində, nə də rus dilində tam danışa bilən yarımçıq insana sadəcə  “ağıllı ol” demək qalır.

“Bud umnım”, “Skandal” Cavadov!  

İndi sənə neyləyək?

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər