Şevçenko Şotlandiya - Ukrayna oyununu şərh etdi

Şevçenko Şotlandiya - Ukrayna oyununu şərh etdi

Ukrayna millisinin sabiq hücumçusu və baş məşqçisi Andrey Şevçenko ölkəsinin yığmasının Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin pley-offunda Şotlandiyaya qarşı keçirəcəyi oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, "Tribuna" saytı 45 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: 

“Şotlandiyadakı matç ölkənin ümididir. Dünya çempionatına yollanmaq hazırda Ukrayna üçün çox önəmlidir. Motivasiyamız inanılmazdır. Nəticəni ikinci plana keçirib bütün diqqəti oyuna yönəltmək lazımdır. Biz bu gün azarkeşlər, bütün Ukrayna, evimiz, ölkəni müdafiə edənlər və ölkəni məcburi şəkildə tərk edənlər üçün oynamalıyıq.

Bilirəm ki, stadion dolu olacaq və şotlandiyalı azarkeşlər, eləcə də bütün dünyada oyunu izləyənlər - ukraynalılar və ya xarici ölkədən olanlar bizi alqışlayacaqlar. İnanıram ki, biz qalib gələcəyik və daha sonra Uels yığmasını məğlub edərək dünya çempionatına vəsiqə qazanacağıq.

Oyunçular nə etməli olduqlarını bilirlər. Futbolçulara təsir etməyə, onlara nəsə deməyə ehtiyac yoxdur. Onlar təcrübəli oyunçulardır və hər şeyi mükəmməl başa düşürlər”.

Xatırladaq ki, sözügedən oyun bu gecə Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər