"Kasımpaşa” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az sözügedən klubun saytına istinadən xəbər verir ki, Türkiyə təmsilşisi serbiyalı müdafiəçi Duşko Toşiçi rənglərinə bağlayıb.
Son olaraq Çinin "Quançjou" klubunda çıxış etmiş 36 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Serbiya yığmasının da sabiq üzvü olan Toşiç, daha öncə Türkiyədə "Gənclərbirliyi” və "Beşiktaş”ın formasını geyinib.