Avropa Liqasının III təsnifat mərhələsinin oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ruslan Abışovun çıxış etdiyi “Rubin” bu gün Norveçin “Molde” klubunun qonağı olub.
Rusiya klubu 2:0 hesablı qələbə qazanıb. “Rubin”in baş məşqçisi Kurban Berdiyev Abışovu yenə şans verməyib. Futbolçumuz ehtiyatda qalıb.