Runi Foqtsun təklifini rədd edib

Runi Foqtsun təklifini rədd edib
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hazırda İngiltərə yığmasının şərəfini qoruyan “Mançester Yunayted”in futbolçusu Ueyn Runi ilə bağlı maraqlı fakt açıqlayıb. Fanat.az xəbər verir ki, almaniyalı mütəxəssis Şotlandiya yığmasına rəhbərlik etdiyi vaxt Runiyə dəvət göndərdiyini bildirib.
 
Foqts deyib: “Ueynin nənəsi əslən Şotlandiyadandı. Həmin vaxt bu futbolçu İngiltərə “Everton”unda Devid Moyesin rəhbərliyi altında çıxış edirdi. Qlazqodan Liverpula uçdum ki, onunla danışım. O vaxtlar 16 yaşında olan Runiyə Şotlandiya yığmasına gəlməyi təklif etdim. Lakin ingiltərəli olduğunu deyərək, təklifimi qəbul etmədi”.
 
Qeyd edək ki, Berti Foqts Şotlandiya millisində 2002-2004-cü illərdə baş məşqçi olub.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər