"Məşqlərimiz yaxşı keçir. Komandada əla əhval-ruhiyyə var. Başa düşürük ki, qarşıdakı oyun çox çətin olacaq. Çünki Şimali İrlandiya çox aqressiv futbol sərgiləyir". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Rüfət Dadaşov deyib.
Futbolçu millinin qarşıdakı oyunları ilə bağlı fikirlərini bildirib: "Həm Şimali İrlandiya, həm də Rusiya ilə görüşdə üç xal üçün meydana çıxacağıq. Maksimum xal toplamağı çox istəyirik. Amma ruslarla görüş haqda Şimali İrlandiya ilə oyundan sonra düşünəcəyik".
Futbolçu son turda “Kayzerslautern II”də qol vurması ilə bağlı da danışıb: "Son aylarda həqiqətən yaxşı formadayam. Amma qolu kimin vurmasının önəmi yoxdu. İstər klubda olsun, istərsə də yığmada. Əsas komandanın qələbə qazanmasıdı. Qola gəlincə, mən oyuna daxil olan kimi künc zərbəsi qazandıq. Top qarşıma düşdü və şansımı qaçırmadım. Çox şadam ki, qol vura bildim".