Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Saarbrukken" "Vormatia Vorms"ı qəbul edib.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət ardıcıl iki oyunda start heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Regional Liqanın "Cənub-Qərb" zonasında çıxış edən "Saarbrukken" 17 oyundan sonra 34 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.az