Ronaldo hansı heyvana bənzəyir? - VİDEO

Ronaldo hansı heyvana bənzəyir? - VİDEO
Portuqaliya millisinin və İspaniyanın “Real" klubunun hücumçusu Kriştiano Ronaldo qaçışına görə pələngə, iti baxışına görə isə qartala bənzədilib. Aznews.az xəbər verir ki, bu bənzətmə Mərakeşdə 10-20 dekabr tarixləri arasında təşkil ediləcək 2014 FIFA Dünya Klublar Kubokunun əyləncəli bir təqdimat videosunda yer alıb.
FIFA-nın rəsmi internet saytında yayılan xəbərdə deyilir ki, Yaponiyanın bir reklam agentliyi futbolçuların sahədə uğur qazanmaq üçün sifət cizgilərindəki ehtiraslarını heyvanların təbiətdəki həyat mübarizəsinə bənzədib. 
Videoda dünyanın aparıcı futbolçularının və onlara bənzədilən heyvanların mübarizələrindən nümunələr göstərilib.
Qeyd edək ki, 11-ci dəfə təşkil ediləcək turnirə ev sahibi ölkənin milli çempionu ilə birlikdə altı qitədəki ən böyük klub turnirlərinin çempionları qatılacaq. 
Mərakeş bu turnirə artıq ikinci dəfə ev sahibliyi edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər