"Qarabağ" "Sent-Etyen"lə oyunda tam heyətlə oynamayacaq. Fanat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Qurbanov bildirib ki, Reynaldo Silva və Danilo Dias Fransada meydana çıxmayacaq: "Reynaldo və Dias zədəlidi. Təəsüf ki, Fransada bizə kömək edə bilməyəcəklər. Reynaldo ancaq 10 gündən sonra oynaya biləcək".
Qeyd edək ki, "Sent-Etyen"lə oyunda uzun müddətdi zədəli olan Çumbinyo da oynamayacaq.
Fanat.az