Rəsul Çunayevdən bayraqlı əsgər salamı - FOTO/VİDEO

Rəsul Çunayevdən bayraqlı əsgər salamı - FOTO/VİDEO
Azərbaycanın güləş yığması Avropa Oyunlarında aktivinə ilk qızıl medal yazdırıb.
 
Fanat.az xəbər verir ki, yunan-Roma yarışlarında 71 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rəsul Çunayev final görüşündə macarıstanlı Balint Korpasi üzərində 4:2 hesabı ilə qələbə qazanıb. Çunayev bu qələbə ilə öz çəki dərəcəsində rəqib tanımadığını bir daha isbatlayıb.
 
Görüşü qələbə ilə başa çatdırdıqdan sonra Rəsul Çunayev Heydər Əliyev adına İdman Arenasına toplaşan azarkeşlərə unudulmaz anlar yaşadıb. Azərbaycan bayrağı ilə arenada dövrə vuran güləşçimiz daha sonra bayrağa bürünərək, əsgər salamı verib. Çunayevin bu jesti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 
Rəsul Çunayevdən bayraqlı əsgər salamı - FOTO/VİDEO
Rəsul Çunayevdən bayraqlı əsgər salamı - FOTO/VİDEO
Rəsul Çunayevdən bayraqlı əsgər salamı - FOTO/VİDEO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər