"Şimali İrlandiya yığması ilə qarşılaşma bizim üçün çox vacibdi. Çünki hazırda qrup sonuncusuyuq. Bu oyun bizim qələbə qazanmağımız üçün yaxşı şansdı. Təbii ki, çətin olacaq. Çünki onlar da sonuncu oyunda uduzub. Ona görə bizimlə oyuna fərqli motivasiya ilə çıxacaqlar. Yaxşı məşq keçirik. Uşaqlar hamısı qarşıdakı oyunlara böyük istəklə hazırlaşır". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Rauf Əliyev deyib.
Hücumçu qol vurmağa çalışacağını bildirib: "İnşallah, yenə qol vurmağa çalışacağam. Əsas odu ki, qələbə qazanaq. Qol vurmağa gəlincə, işim fərqlənməkdi. Əlimdən gələni edəcəyəm ki, Şimali İrlandiyanın qapısına yol tapım. Hücumçu olsam da, həmişə müdafiəyə də kömək edirəm. Düzdü, rəqibin künc zərbələri təhlükəli olur. Təbii ki, bu dəfə standart zərbələr zamanı arxa xəttə kömək etməyə çalışacağam. İstəyirik ki, belə vəziyyətlərdən qol buraxmayaq".