Qurban Qurbanov "Neftçi" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi oyundani razı qalıb:
"Maraqlı oyun oldu. Bu cür oyunda yalnız qol çatışmadı. Matçın sonuna kimi komandalar tempi aşağı salmadı. Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi. Qol epizodları da yaratdıq, səhvlərimiz də oldu. Daha da yaxşı oynamağa çalışacağıq".
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu 0:0 hesabı ilə başa çatıb.