İran Pro Liqasında XII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Traktorsazi" ötən gün səfərdə meydana çıxıb.
Təbriz klubunun rəqibi "Rah Ahan" olub. Oyun "Traktorsazi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cənubi Azərbaycan klubunun heyətində Seyid Dəqiqi və Fərşad Əhmədzadə fərqlənib.
Qeyd edək ki, 12 oyunda 22 xal qazanan "Traktorsazi" hazırda 2-ci pillədə qərarlaşıb və lider "Fulad"dan 3 xal geri qalır. Üçüncü pillədəki "Sepahan"ın isə 11 oyundan sonra 21 xalı var.
Təbrizin digər təmsilçisi "Qostareş- Fulad" bu gün "Saypa"nı sınağa çəkəcək. Bu komanda 11 oyundan sonra 16 xalla 6-cı pilləni tutur.