"Simurq"da ayda min dollar alırdım"

"Simurq"da ayda min dollar alırdım"
"Mənim getdiyim klublarda dəlisov pullar istəməyimlə bağlı xəbərlər yayılıb. Bunlar tamamilə yanlışdı". Fanat.az xəbər verir ki, bu sözləri "Simurq"un sabiq baş məşqçisi Sergey Yuran deyib.
Rusiyalı mütəxəssis Zaqatala klubunun büdcəsini və burdakı maaşını da açıqlayıb: "Azərbaycanda ən güclü komandaların - "Neftçi", "Bakı" və "İnter"in büdcəsi 8, "Simurq"unku isə 1 milyon dollar idi. Ən yaxşı futbolçumuz ayda 7 milyon dollar qazanırdı. Özümə gəldikdə isə "Simurq"da min dollar maaş alırdım. Latviyada 3 min, Estoniyada isə 4,5 min qazanırdım".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər