"Simurq" rəqib axtarır

"Simurq" rəqib axtarır

Topaz Premyer Liqasında milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Simurq"un məşqçilər korpusu "Xəzər Lənkəran"la matçdan sonra yetirmələrinə dörd günlük istirahət vermişdi. Fanat.az xəbər verir ki, dünən Zaqatalada bir araya gələn "sarı-qaralar" məşqlərə start verib. 

Növbəti turda doğma arenada "Neftçi"lə qarşılaşmaya hazırlaşan "Simurq" fasilə müddətində bir yoldaşlıq keçirməyi nəzərdə turub. Rəqibin kimliyi ilə bağlı yaxın günlərdə məlumat veriləcək. 

Dünənki məşqdə yığma komandaların düşərgəsində olan Rəşad Eyyubov, Rəşad Əzizli və Vadim Abdullayev iştirak etməyib. Həmçinin son oyunda zədələnərək matçı yarımçıq tərk edən Tural Axundov, Murad Səttarlı və Banas Adam hazırlığa qoşulmayıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər