"Simurq" itkilərlə hazırlaşır

"Simurq" itkilərlə hazırlaşır

Topaz Premyer Liqasının VIII turuna hazırlıqları davam etdirən "Simurq" "Şəfa stadionu"nda növbəti məşqinə çıxıb. Fanat.az xəbər verir ki, iki saata yaxın davam edən sonuncu məşqdə Georgi Çixradzenin yetirmələri əsasən taktiki təmrinlər ibarət çalışmaları yerinə yetirib. İkitərəfli oyundan sonra isə müxtəlif "ev tapşırıqları" hazırlanıb, qapıya zərbələr yerinə yetirilib. 

"Simurq" bugün axşam saatlarında növbəti məşqinə çıxaraq "Qəbələ"ylə oyunun hazırlığını tamamlayacaq və  istirahətə çəkiləcək. Zaqatala təmsilçisinin heyətində Draqan Çeran cəzalı olduğundan, Rövşən Əmiraslanov isə köhnə zədəsində yenidən ağrıların olması səbəbindən bu görüşdə forma geyinə bilməyəcək. 

Qeyd edık ki, "Simurq" - "Qəbələ" oyunun sentyabrın 29-u, saat 18:00-da "Şəfa stadionu"nda keçiriləcək və İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər