"Şahdağ"ın qapıçısı ölümdən döndü - VİDEO

"Şahdağ"ın qapıçısı ölümdən döndü - VİDEO
Dünən I divizion çərçivəsində keçirilən  "Ağsu" - "Şahdağ" matçında xoşagəlməz olay yaşanıb. Fanat.az xəbər verir ki, matçın 8-ci dəqiqəsində qonaqların qapıçısı Şuhriddin Məhəmmədəliyev rəqibin futbolçusu ilə toqquşaraq, ağır zədə alıb.
 
Nəticədə huşunu itirərək, təxminən 4-5 dəqiqə yerdə qalıb. Həkimlərin cəhdi nəticəsində qapıçı həyata qayıdıb, amma özünə gələndən sonra harda olduğunu, hansı oyunda işyirak etdiyini xatırlamayıb. 
Qusar klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Əzimovun verdiyi məlumata görə, qapıçı oyunun gedişində də bir neçə dəfə özünü pis hiss etsə də sona qədər çərçivəni qoruya bilib. Oyundan sonra isə qapıçının beyninin silkələnməsi məlum olub.
rekord.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər