"Rəvan"ın məşqçilər korpusunun tərkibi müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi təyin olunan Şahin Diniyevin iki köməkçisi olacaq. Belə ki, millinin sabiq baş məşqçisinə Nazim Əliyevlə Xaliq Mərdənov yardım edəcək.
Qeyd edək ki, Vladislav Qədirovun dövründə "Rəvan"ın məşqçilər korpusunda Xaqani Məmmədov (köməkçi məşqçi), Fərrux İsmayılov (köməkçi məşqçi), Rastislav Svitski (fiziki hazırlıq üzrə məşqçi) və Kamil Qafarov (qapıçılar üzrə məşqçi) yer almışdı. Onlardan hansının komandada qalacağı barədə açıqlama verilməyib.