"Rəvan" yayda transfer etdiyi futbolçulardan biri ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Bakı klubu Musa Kabiruni yola salıb.
Buna səbəb nigeriyalı futbolçunun transfer vərəqəsinin gəlib çıxmaması olub. Son olaraq Misirin "Al Arabi" klubunda çıxış etmiş Kabirunun sənədi bu ölkədəki qarşıqlıqlar üzündən gəlib çıxmayıb. Belədə "Rəvan" onu komandada saxlamağın mənasız olduğunu düşünərək yola salıb.