"Rəvan" bitirdi

"Rəvan" bitirdi

Topaz Premyer Liqasının VIII turuda AZAL-ı qəbul edəcək "Rəvan" matçın hazırlıqlarını başa vurub. Fanat.az xəbər verir ki, komanda bu gün son məşqinə "Bayıl Arena"da çıxıb.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında 1 saat davam edən məşqdə futbolçular oyunöncəsi son hazırlıqları yerinə yetirib. Taktiki-texniki çalışmalar üzərində qurulan məşqdə futbolçular asmalar və onların qapanması, o cümlədən qapıya zərbələr və standart vəziyyətlər üzərində işləyib. Hazırlıqlarda zədəli Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa, bütün futbolçular iştirak edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər