"Rəvan" - AZAL oyununda 8 qol

"Rəvan" - AZAL oyununda 8 qol
Əvəzedici heyətlərin ölkə birinciliyində VIII tura yekun vurulub. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. 
Turun açılış oyununda "Xəzər Lənkəran" "İnter"i qəbul edib. 2:0 hesablı qələbə qazanan Elbrus Məmmədovun yetirmələri "İnter"i zirvədən endirərək turnir cədvəlinin vahid lideri olublar. 
İkinci oyun günündə iki matç keçirilib. "Neftçi" "Qarabağ"ı 3:1 hesabı ilə yenib. "Bakı" isə "Sumqayıt"dan üstün olub - 3:2.
Turun son iki qarşılaşması bu gün keçirilib. "Simurq" səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə yenib. "Rəvan" - AZAL oyununda isə 8 qol qeydə alınıb. Meydan sahibləri qol şousunun izləndiyi matçda 6:2 hesablı qələbə qazanıb.
Əvəzedici heyətlər
2013/14 mövsümü
VIII tur
26 sentyabr
Xəzər Lənkəran - İnter 2:0
Qollar: Sadio Tounkara, 33. Fikrət Ulduzlu, 53.
27 sentyabr
Neftçi - Qarabağ 3:1
Qollar: Cavid Muxtarzadə, 31-pen; 67. Mirabdulla Abbasov, 90+2 - Toğrul Bilallı, 45.
Bakı - Sumqayıt 3:2
Qollar: Raul Yaqubzadə, 13; 77. Süleyman Piriyev, 73 (avtoqol) - Sabir Allahquliyev, 4; 27.
28 sentyabr
Qəbələ - Simurq 1:2
Qollar: Nuran Qurbanov, 90+1 - Oruc Balaşlı, 13; 48.
Rəvan - AZAL 6:2
Qollar: Ayaz Mehdiyev, 17; 60. Elməddin Hüseynzadə, 26. Vüsal Qarayev, 50. Fredrik Holster, 53. Rüfət Cəlilov, 90+1 - Rey Məmmədbəyli, 12. Rəsul Babazadə, 90+2.

1

Xəzər L

8

5

2

1

15-6

17

2

İnter

8

5

1

2

24-11

16

3

Neftçi

8

4

3

1

17-17

15

4

Simurq

8

3

4

1

12-8

13

5

Qəbələ

8

4

1

3

18-14

13

6

Bakı

8

2

4

2

12-14

10

7

Qarabağ

8

3

1

4

11-16

10

8

Rəvan

8

2

3

3

13-12

9

9

AZAL

8

1

1

6

8-22

4

10

Sumqayıt

8

0

2

6

7-17

2

Bombardirlər: Raul Yaqubzadə (Bakı) - 8. Nurxan Mənsimzadə (İnter), Cavid Muxtarzadə (Neftçi) - 7. Tural İsgəndərov (Qarabağ) - 5.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər