"Oynadığı heç bir komanda İbrahimoviçdən razı qalmayıb"

"Oynadığı heç bir komanda İbrahimoviçdən razı qalmayıb"
"Bavariya"dan Pep Qvardiolanı sərt sözlərlə tənqid edən Zlatan İbrahimoviçə cavab gəlib. Fanat.az xəbər verir ki, isveçli futbolçuya Münhen klubunun prezidenti Uli Hoeness cavab verib.
Zlatanla eyni düşüncədə olmadıqlarını bildirən klub rəhbəri onun ərköyün olduğunu bildirib: "Biz Qvardioladan razıyıq. Fikrimcə, İbrahimoviç ərköyün insandı. "Barselona"dan gedişini qəbul edə bilmir. İndiyədək oynadığı heç bir komanda ondan razı qalmayıb. Həmişə problem yaradır".
Qeyd edək ki, İbrahimoviç Almaniyanın "Spiegel" dərgisinə müsahibəsində Qvardiola barədə bu sözləri demişdi. "Qvardiola məni Messiyə qurban verdi. Üstəlik, bunu üzümə deyəcək ürəkdə adam olmadığı bəllidi. Qorxağın biridi və adam deyil. Onun oyun sistemi mənim səviyyəmdə futbolçulara uyğun gəlmir".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər