"Layiqli qələbə qazandığımızı düşünürəm"

"Layiqli qələbə qazandığımızı düşünürəm"
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Norveç - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib:  
"Birinci hissədə rəqibin güclü təzyiqi vardı. Lakin Norveç yığmasının həmlələrinin öhdəsindən komandamızın əzmkarlığı və qapıçımızın məharətli oyunu sayəsində gəldik. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Bunun nəticəsində bir neçə qol epizodu yarada bildik. Layiqli qələbə qazandığımızı düşünürəm. Bu qələbəni dünən keçirilmiş prezident seçkisində qələbə qazanmış dövlət başçısına həsr edirik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər