“Şimali İrlandiyanı məğlub edəcək gücdəyik. Olduqca vacib oyunda qələbə qazanmalıyıq. Sadəcə, arxayınlaşmamalıyıq”. Bu sözləri Fanat.az-a açıqlamasında millinin hücumameyilli yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Əfran britaniyalılardan çəkinmədiklərini vurğulamaqla yanaşı, Rusiyadan da xal almaq istədiklərini dilə gətirib: “Şəxsən, Şimali İrlandiyanı yenəcəyimizə inanıram. İnanmaq öz yerində, yenməliyik! Öz meydanımızda nəinki bu rəqibi, onlardan güclülərini də üstələyə bilərik. Oktyabrın 11-də və 15-də keçirəcəyimiz qarşılaşmaların ikisindən 4 xal alsaq, nəticələr ürəyimizcə olar. İnşallah, istəyimizə çatarıq. Birinci oyunu udsaq, ruslarla görüşə daha yüksək əhval-ruhiyyə ilə çıxacağıq”.
Fanat.az