Serbiya çempionatının "Voyvodina" - "Rad" matçında şok pankart açılıb. Fanat.az "Milliyət"ə istinadən xəbər verir ki, serb fanatlar üzərinə "Kim tez tərpənəcək, ilk türk qanını kim tökəcək?" yazılmış pankartı qaldırıblar.
Buna səbəb bir neçə gün əvvəl İstanbulda "Qalatasaray"da "Srvena Zvezda"nın basketbol komandaları arasında baş tutmuş Avroliqa matçından əvvəl bir serb azarkeşin ölümü olub. Türkiyə tərəfi Mirko İvkoviç adlı fanatın serb azarkeşlər arasında düşən davada öldüyünü açıqlayıb. Serbiya tərəfi isə 25 yaşlı oğlanın "Qalatasaray"lılar tərəfindən öldürüldünü iddia edib.
Fanat.az