Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor"un fanatları ilginc aksiya keçirib. Fanat.az xəbər verir ki, azarkeşlər klub prezidenti Süleyman Urkayın gedişini indiyədək görünməmiş şəkildə bayram ediblər.
Belə ki, ilk 7 turda cəmi 4 xal qazanan və kubokda mübarizəni dayandıran klubun fanatları prezidentin istefasını məscidin önündə halva paylamaqla qeyd ediblər. Azarkeşlər bu qərara sevindiklərini və kluba daha peşəkar birinin gəlməsini istədiklərini bildiriblər.