"Böyükağa Hacıyev tapıntıdı"

"Böyükağa Hacıyev tapıntıdı"
"Böyükağa Hacıyev tapıntıdı. Mən hərdən onun klubdakı uğurlarını analiz edirəm. Amma onun bu uğurunun heç bir izahı yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev deyib.
Azerisport.az saytına müsahibə verən məşqçi Böyükağa Hacıyevlə bağlı maraqlı fikirlər səsləndirib: "Sanki bir nonsens yaranır. O, "Bakı"nı çempion edən mövsüm son 8 oyunda qalib gələrkən hətta köməkçisi də yox idi. Hacıyev Azərbaycan futbolunun fenomenidi. Sonra isə "Neftçi" kimi çətin komanda ilə uğur qazandı. Hansı ki, bu komandanın az qala hər məğlubiyyəti faciə kimi qiymətləndirilir. Həm də o, ilk azərbaycanlı məşqçidi ki, hansısa komandamızı avrokubokların qrup mərhələsinə çıxarıb".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər