"Berti Foqts məndən üzr istədi"

"Berti Foqts məndən üzr istədi"
"Nəticəyə görə məyusuq. Birinci hissədə biz daha yaxşı oynadıq. İkinci hissəyə də yaxşı başlamışdıq. İlk qolu buraxmağımız planlarımıza daxil deyildi. Məhz bu qoldan sonra xüsusi vəziyyətimiz olmadı. Halbuki, ilk yarıda çox yaxşı qol vəziyyətlərimiz var idi". Fanat.az xəbər verir ki, bu sözləri millimizlə oyundan sonra  Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil deyib.
O`Nil Ruslan Abışovun oynamamasının onlar üçün üstünlük olduğunu bildirib: "Mən Azərbaycanın bu qrupdakı bütün oyunlarına baxmışdım. Rəqibimizi yaxşı tanıyırdıq. Komandanızın gücünə də bələd idim. Güclü müdafiə xəttinə malik olan komandadı. Ruslan Abışovun oynamaması da bizim üçün əlavə bir üstünlük idi. Məncə, fasilədə edilən dəyişiklik Azərbaycan yığmasına kömək etdi. Rəqibimiz məhz bundan sonra müdafiədə daha yaxşı oynamağa, qol vəziyyətləri yaratmağa başladı. Çox yaxşı on dəqiqə keçirdilər və qol vurdular. Bundan sonra hücuma atılsaq da, bəhrəsiz oldu".
Rəqib çalışdırıcı "Azərbaycan ilk oyunda da qələbəyə layiq idi və matçın əsas vaxtına ədalətsiz şəkildə 6 dəqiqə əlavə olunmuşdu" sualına belə cavab verib: "Belfastdakı oyundan sonra Foqts öz oyunçularının hərəkətinə görə məndən üzr istəmişdi. Ona görə də mən həmin altı dəqiqənin ədalətli olduğunu düşünürəm".
O`Nil Foqtsun yenə ondan üzr istədiyini bildirib: "Mən bəzi futbolçuların hərəkətlərindən narazı qaldım. Foqts buna görə məndən üzr istədi. Dediyim kimi, o, bunu Belfastda da etmişdi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər