"Baku United" futzal üzrə UEFA Kubokunun əsas mərhələsində üçüncü oyununu keçirib. Fanat.az xəbər verir ki, İngiltərə çempionu Cənubi Kiprdə təşkil olunan 4-cü qrupda Sloveniyanın "Litiya" klubu ilə qarşılaşıb.
Millimizin üzvü Rivan Fərzəliyevin də forma geyindiyi oyunun ilk yarısında "Baku United" 2:1 hesablı qələbə qazansa da, ikinci hissədə 2 qol buraxaraq uduzub.
Qrupun digər oyununda Çexiyanın "Xrudim" Cənubi Kipr "Omoniya"sı ilə qarşılaşıb və qələbə qazanıb - 5:0.
Bu nəticələrdən sonra "Xrudim" 7 xalla birinci, "Litiya" 6 xalla ikinci pilləni tutub və hər ikisi elit-raunda vəsiqə qazanıb. "Baku United" isə 4 xalla üçüncü olub.
Qeyd edək ki, "Bakı United" ilk oyunda "Xrudim"lə sülh bağlamış, ardınca "Omoniya"nı yenmişdi - 1:0.