"Azərreyl" qadın voleybolçular arasında “Çelenc Cup”un ll təsnifat mərhələsində uğurlu çıxışını davam etdirib. Fanat.az xəbər verir ki, Bakı klubu Avstriya təmsilçisi “İnsbruk”a ikinci oyunda da qalib gəlib.
Dünən baş tutan ilk oyunda 3:0 hesablı qələbə qazanan "Azərreyl" bu gün keçirilən cavab görühündə də rəqibinə heç bir şans verməyib. Belə ki, komandamız yenə quru hesablı qələbə qazanıb. Bununla da bakılılar 1/16 finala çıxıb.
Qeyd edək ki, qarşılıqlı razılaşmaya əsasən hər iki oyun Bakıda keçirilib.
Çelenc Cup
II təsnifat mərhələsi
Cavab oyunu
12 noyabr
Azərreyl (Azərbaycan) - İnsbruk (Avstriya) 3:0 (25:17; 25:15; 25:15)
Hakimlər: Kristian Vanaveski (Estoniya), Boyan Bardiç (Xorvatiya).
Voleybol Mərkəzi.
Fanat.az