"Ailəm futbol oynamağım üçün həqiqətən mənə böyük dəstək verdi. Atam işlədiyi üçün məni məşqlərə anam aparırdı. O da futbolla maraqlanır. Hətta "Eskişəhərspor"un "Qalatasaray"la oyununu tribunadan izlədi". Fanat.az xəbər verir ki, bu sözləri "Eskişəhərspor"un futbolçusu Aytaç Kara deyib.
20 yaşlı oyunçu futbolçu ailəsi üçün oynadığını bildirib: "Futbolçuların çoxu özü üçün oynayır. Mən isə ailəm üçün oynayıram. Çünki anamın üzüyünü satıb mənim üçün buts aldığını xatırlayıram. Onlara və ətrafımdakı kasıb dostlarıma yardım etmək üçün futbol oynayıram. Əlimdən gəldikcə hamısına yardım etməyə çalışıram. Bu düşüncə meydanda mənə güc verir. "Eskişəhərspor"a keçdikdən sonra pul qazanmağa başladım. Allah nəsib etsə, İzmirdə ailəm üçün ev almaq istəyirəm".