Xəbər verdiyimiz kimi, "Rəvan" baş məşqçisi Vladislav Qədirov ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, artıq məsələylə bağlı klub rəsmi məlumat yayıb:
"Rəvan” Futbol Klubu baş məşqçi Vladislav Qədirov ilə yolları ayırıb. Rəhbərlik komandamızın nəticələrinin iddialarımıza uyğun gəlmədiyinə görə, Qədirovu istefaya göndərib. Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək".
Qeyd edək ki, Qədirov Bayıl təmsilçisi ilə 7 oyuna çıxmışdı. Bunların 1-ni qələbə, 3-nü sülhlə, 3-nü isə məğlubiyyətlə başa vurmuşdu.