“Azərbaycanla Lüksemburq arasında ciddi fərq görmürəm. Ola bilsin, Azərbaycan az da olsa, güclüdü. Amma istənilən halda, bu komandalar Rusiyaya çətinlik yaratmayacaq. Heç biri təhlükəli deyil.6 xal qazanacağımıza şübhəm yoxdu. Belə oyunlarda vacib olan məhsuldarlıq yox, nəticədi”. Bu sözləri məşhur rus çalışdırıcı Valeri Qazzayev deyib.
Mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla səfərdə keçiriləcək oyunlarda həmyerlilərinin uğur qazanacağına əmindi: “Əvvəla, komanda indi çox yaxşı vəziyyətdədi. Bundan başqa, futbolçular son görüşlərin önəmini də dərk edir. Arxayınlaşmadan, rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Millimizin rəqibləri Avropa nəhənglərindən deyil. Komandamız özünün yaxşı məşqçisi ilə bütün komponentlərdə güclüdü. Əminəm ki, Fabio Kapello ən düzgün olan yeganə taktikanı seçəcək. Bu da bizə qrupda 1-ci olmaq imkanı yaradacaq”.
Fanat.az